Britaniyanın ABŞ-dəki keçmiş səfiri Epşteyn işi üzrə saxlanılıb
- 24 fevral, 2026
- 02:31
Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri Piter Mandelson amerikalı maliyyəçi Ceffri Epşteynə məxfi hökumət məlumatlarını ötürməsi səbəbindən vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə polis tərəfindən saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Skotland-Yard Mandelsonun saxlanılması barədə məlumatı faktiki olaraq təsdiqləyib, lakin polisin press-relizində hələ ona qarşı ittiham irəli sürülmədiyi üçün adı çəkilmir.
"Polis əməkdaşları 72 yaşlı kişini vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlayıblar. O, fevralın 23-də Kamdendə (London - red.) yaşadığı yerdə saxlanılıb və dindirilmək üçün Londonun polis bölmələrindən birinə aparılıb", - hüquq-mühafizə orqanlarının bəyanatında qeyd olunub.