Britaniyada koronavirusa yoluxanların sayı 4 min nəfərə çatır
Digər ölkələr
- 20 mart, 2020
- 22:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyada gün ərzində koronavirusa yoluxma 714 hal artaraq, 3 983 nəfər təşkil edib.
"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
“Saat 9:00 (Bakı vaxtı ilə saat 13:00) olan məlumata görə, Böyük Britaniyada 66 976 min nəfər yoxlanılıb. Onlardan 62 993 nəfərdə yoluxma aşkarlanmayıb, 3 983 nəfərdə diaqnoz təsdiqlənib”, - nazirliyin məlumatında deyilir.
Bu, yanvarın 31-dən, yəni ilk yoluxma hadisəsi günündən, ən böyük artımdır. Ölənlərin ümumi sayı 177 nəfər təşkil edir.
Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də yeni növ koronavirusu - COVID-19-u pandemiya elan edib. Dünyada artıq 210 mindən çox insan virusa yoluxub, 9 mindən çox insan ölüb.
Son xəbərlər
00:33
UEFA Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynlə oyunda fasiləyə öndə yollanıb - Yenilənib-2
Futbol
00:28
Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək
Digər ölkələr
00:21
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb - Yenilənib
Hadisə
00:13
Serbiya hökuməti NIS-ə dövlət ehtiyatlarından 66 min tonadək xam neft ayırıb
Digər ölkələr
23:47
BMW yanğın riski səbəbindən 700 mindən çox avtomobili geri çağıracaq
Digər ölkələr
23:32
Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
Region
23:24
ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb
Digər ölkələr
23:16
Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb
Digər ölkələr
23:03
Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil
Digər ölkələr