Britaniya XİN başçısı: "Rusiyanın sanksiyasına məruz qaldığıma görə xoşbəxtəm"

Digər ölkələr
  • 16 yanvar, 2023
  • 13:40
Britaniya XİN başçısı: Rusiyanın sanksiyasına məruz qaldığıma görə xoşbəxtəm

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Keleverli Rusiyanın “qara siyahısı”na düşməsinə münasibət bildirib.

“Report” xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“Rusiya mənə sanksiya tətbiq edib. Əgər bu, Ukraynanın azadlığını dəstəklədiyimə görədirsə, onda sanksiyaya məruz qaldığıma görə xoşbəxtəm”, - C.Kleverli deyib.

Xatırladaq ki, Rusiya iki gün əvvəl, yanvarın 14-də xarici işlər naziri Ceyms Kleverli və Baş Qərargah rəisi Patrik Sandersinə sanksiya tətbiq edib.