Britaniya bütün vətəndaşlarını Uhandan təxliyə etdi

Digər ölkələr
  • 09 fevral, 2020
  • 08:55
Britaniya bütün vətəndaşlarını Uhandan təxliyə etdi

Böyük Britaniya bütün vətəndaşlarını Çində yeni növ koronavirus epidemiyasının kütləvi yayıldığı Uhan şəhərindən təxliyə edib. 

"Report" "Reuters"ə istinadən istinadən xəbər verir ki, fevralın 9-da göyərtəsində qeyri-britaniyalılar da daxil olmaqla 200-dən çox insanın yer aldığı təyyarə İngiltərənin mərkəzindəki Kral Hava Qüvvələri bazasına enib.

Onlar 14 gün müddətində həkim nəzarəti altında saxlanılacaqlar. 

Xatırladaq ki, 2019-cu il dekabrın 12-də Çinin Uhan şəhərində kütləvi şəkildə yayılan epidemiya nəticəsində ölkədə 813 nəfər ölüb, 37 198 nəfər isə virusa yoluxub. Onlardan 6 188 nəfərinin vəziyyəti ağırdır. Bundan başqa, 28 942 nəfərin koronavirusa yoluxmaqda şübhəli sayılır, daha 188 183 insan isə müşahidə altındadır. Eyni zamanda 2 656 yeni yoluxma faktı qeydə alınıb. Bu səbəbdən bir çox ölkə Çindən və epidemiyanın yayıldığı vilayətdən vətəndaşlarını təxliyə edib.

Ümumiyyətlə, virus Çin də daxil olmaqla 28 ölkədə aşkarlanıb. Artıq Çin Milli Səhiyyə Komitəsi isə kod adı 2019nCoV virusu olan "Yeni koronavirus pnevmaniyası" (NCP) adlandırıb. ÜST isə epidemiyanın yayılması ilə əlaqədar beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib.