​Britaniya 7 mindən çox vətəndaşını Misirdən çıxarıb

Digər ölkələr
  • 10 noyabr, 2015
  • 00:58
​Britaniya 7 mindən çox vətəndaşını Misirdən çıxarıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Böyük Britaniya 7 min 473 vətəndaşını Misirin Şarm-əş-Şeyx kurortundan çıxarıb.

"Report" xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin mətbuat xidməti "Twitter"də məlumat yayıb.

Diplomatlar noyabrın 9-da Şarm-əş-Şeyx hava limanlarından göyərtəsində 2,3 min britaniyalının olduğu 11 təyyarənin uçduğunu əlavə edirlər.

Qeyd olunur ki, çevik xidmətlər və səfirliyin təxminən 70 əməkdaşı hava limanlarında turistlərə köməklik göstərir.