Braziliyada koronavirusa yoluxanların sayı 850 mini ötdü
Digər ölkələr
- 14 iyun, 2020
- 01:00
Braziliyada 42 mindən çox insan pandemiyanın qurbanı olub.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi bildirib.
Səhiyyə Nazirliyinin məlumatına görə, Braziliyada COVID-19-a yoluxma hallarının sayı 850 514-ə çatıb, bütün vaxt ərzində koronavirusdan 42 720 pasiyent ölüb.
Son 24 saat ərzində 21 704 yeni yoluxma və 892 ölüm qeydə alınıb. Ölüm faizi 5% təşkil edir.
Qeyd edilir ki, virusa yoluxmuş 379 245 insan sağalıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Son xəbərlər
20:09
Foto
Xudutəpə qədim yaşayış məskənində ocaq qurğuları aşkarlanıb
Mədəniyyət siyasəti19:52
Foto
Xocavənd şəhərində atəşfəşanlıq olub
Daxili siyasət19:41
Şimali Koreya iki ballistik raket buraxıb - YENİLƏNİB
Digər ölkələr19:34
Çinlə ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr başlayıb
Digər ölkələr19:17
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
Hadisə18:50
Tramp Pezeşkianla görüşə hazır olduğunu bildirib
Digər ölkələr18:48
Foto
Video
Cəlilabadda zəncirvari qəzada biri azyaşlı olmaqla 3 nəfər yaralanıb
Hadisə18:31
İtaliya niqabı qadağan edir, məktəblərdə xarici şagirdlərin sayını azaldır
Digər ölkələr18:26