Braziliyada bu il denge virusuna yoluxanların sayı artıq 2023-cü ilin nəticəsini üstələyib

Digər ölkələr
  • 16 mart, 2024
  • 10:14
Braziliyada bu il denge virusuna yoluxanların sayı artıq 2023-cü ilin nəticəsini üstələyib

Braziliyada ilin əvvəlindən bəri denge virusuna yoluxma hallarının sayı 1,68 milyona çatıb ki, bu da 2023-cü ilin cəmi göstəricisindən çoxdur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin hesabatında deyilir.

Məlumata görə, ölkədə ümumilikdə 1 684 781 yoluxma halı (hər 100 min nəfərə 829,7 hal) aşkar edilib. 14,5 mindən çox insanda xəstəliyin ağır forması müşahidə edilir.

“Ölüm səviyyəsi 0,03 faizdir, təsdiqlənmiş ölüm halları 513-dür, 908 hal araşdırma mərhələsindədir”, - məlumatda deyilir.

Xatırladaq ki, 2023-cü ildə Braziliyada ümumilikdə 1 658 814 dengeye yoluxma halı qeydə alınmışdı.

Qeyd edək ki, denge əsasən tropik və subtropik bölgələrdə yayılan virus infeksiyasıdır. Onun simptomları yüksək hərarət, ürəkbulanma, səpki, baş ağrısı və bel ağrısıdır. Qızdırmanın hemorragik variantı qan damarlarının çökməsi nəticəsində yaranan ağır daxili qanaxma ilə müşayiət olunur. Virus “Aedes aegypti” növünün ağcaqanadları tərəfindən ötürülür.