Braziliyada bir gündə koronavirusa 10,5 mindən çox insan yoluxub

Digər ölkələr
  • 07 may, 2020
  • 00:51
Braziliyada bir gündə koronavirusa 10,5 mindən çox insan yoluxub

Braziliyada bir gün ərzində koronavirusdan ölənlərin sayı 615 nəfər artıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, virusa yoluxanların da sayı 10 503 nəfər artıb. Bu, ölkə üçün rekord göstəricidir.

Braziliyada COVID-19-a ümumilikdə 125 min 218 yoluxma halı təsdiq edilib, ölkədə 8 min 536 insan pandemiyanın qurbanı olub.

Məlumata görə, hazırda daha 1 643 ölüm hadisəsi təhlil edilir. Ölkədə virusdan 51 min 370 pasiyent sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.