Braziliya parlamentinin aşağı palatasının spikeri mandatından məhrum edilib

Digər ölkələr
  • 05 may, 2016
  • 13:25
Braziliya parlamentinin aşağı palatasının spikeri mandatından məhrum edilib

Bakı. 5 may. REPORT.AZ/ Braziliya Ali Məhkəməsi ölkə parlamentinin aşağı palatasının spikeri Eduardo Kunyunu Deputatlar Palatasının idarəsindən məhrum edib və onun mandatını dayandırıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, məhkəmə E.Kunyunu Braziliya Baş Prokurorluğunun müraciəti əsasında vəzifəsində sui-istifadə etməklə barəsində aparılan federal istintaqa mane törətmək ittihamı ilə cəzalandırıb.

Spiker Braziliya Dövlət Neft Şirkəti olan "Petrobras"ın müqavilələr üçün 5 milyon dollar məbləğində rüşvət almaqda şübhəli bilinir. E.Kunyunun özü ona qarşı olan bütün iddiaları rədd edir.

Qeyd edək ki, Braziliya Ali Məhkəməsi E.Kunyuya qarşı işə bu ilin martından baxmağa başlamışdı.