Böyük Britaniya hökuməti "Brexit"in başlaması barədə qanun layihəsini parlamentə təqdim edib

Digər ölkələr
  • 26 yanvar, 2017
  • 13:36
Böyük Britaniya hökuməti Brexitin başlaması barədə qanun layihəsini parlamentə təqdim edib

Bakı. 26 yanvar. REPORT.AZ/ Böyük Britaniya hökuməti "Brexit" prosedurunun başlaması barədə qanun layihəsini baxılması üçün parlamentə təqdim edib.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Böyük Britaniya parlamentində "Brexit" proseduru haqqında qanun layihəsinin müzakirəsinə bu il yanvarın 31-də başlanacaq. Qanun layihəsinin nəzərdən keçirilməsi prosesi və məsələ üzrə yekun səsvermənin keçirilməsinin fevralın 8-də başa çatacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın Ali Məhkəməsi ölkənin Avropa İttifaqından çıxmaq prosesinin başladılması üçün parlamentin razılığının tələb olunması barədə hökm çıxarıb.

44 - Tezliklə