Bolqarıstanda təyyarə qəzaya uğrayıb, ölənlər var

Digər ölkələr
  • 26 may, 2019
  • 13:34
Bolqarıstanda təyyarə qəzaya uğrayıb, ölənlər var

Bolqarıstanda təyyarə qəzası baş verib.

Bu barədə "Report" NOVA TV-yə istinadən xəbər verir.

Məlumata görə, hadisə İxtiman şəhərində qeydə alınıb. Yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub. Ölənlərin sərnişin və heyət üzvü olduğu bildirilir.

Hadisə yerinə təcili xidmətlərin əməkdaşları cəlb edilib. Qəzanın başvermə səbəbi araşdırılır.