BMT TŞ bazar ertəsi Suriyanın Afrin şəhərindəki vəziyyətlə bağlı iclas keçirəcək

Digər ölkələr
  • 21 yanvar, 2018
  • 19:14
BMT TŞ bazar ertəsi Suriyanın Afrin şəhərindəki vəziyyətlə bağlı iclas keçirəcək

Bakı. 21 yanvar. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası bazar ertəsi, yanvarın 22-də Türkiyənin Afrin şəhərində "Zeytun budağı" adlı hərbi əməliyyat aparması ilə əlaqədar Suriyadakı hadisələrin inkişafını müzakirə edəcək.

“Report” xəbər verir ki, bunu bazar günü Fransanın xarici işlər naziri Jan-İv Le Drian öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, Fransa iclasda humanitar yardımın çatdırılmasına ehtiyac olduğunu vurğulamaq niyyətindədir.

44 - Tezliklə