BMT rəhbəri: “Rusiyanın Donetsk və Luqanskla bağlı qərarından çox narahatam”

Digər ölkələr
  • 22 fevral, 2022
  • 01:49
BMT rəhbəri: “Rusiyanın Donetsk və Luqanskla bağlı qərarından çox narahatam”
Antoniu Quttereş

“Rusiyanın Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bəzi ərazilərinin statusu ilə bağlı qərarından çox narahatam”.

“Report” xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quttereş özünün tviterdəki hesabında yazıb.

“Biz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik”, - BMT rəhbəri əlavə edib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası bu gün Ukrayna ətrafındakı vəziyyətə həsr olunmuş iclas keçirəcək.