BMT-nin 11 yəmənli əməkdaşı husilər tərəfindən saxlanılıb

Digər ölkələr
  • 07 iyun, 2024
  • 22:20
BMT-nin 11 yəmənli əməkdaşı husilər tərəfindən saxlanılıb

BMT-nin 11 yəmənli əməkdaşı husilər tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə təşkilatın baş ofisi məlumat yayıb.

“Son üç gün ərzində husilər Həcc, Hodeyda, Səada və Sənada BMT-nin 11 əməkdaşını saxlayıblar”, - məlumatda deyilir.

Saxlanılanlardan ikisi qadın, doqquzu kişidir.

44 - Tezliklə