BMT Liviyada siyasi böhrana son qoyulmasına çağırır

Digər ölkələr
  • 11 iyun, 2015
  • 16:13
BMT Liviyada siyasi böhrana son qoyulmasına çağırır

Bakı. 11 İyun. REPORT.AZ/ BMT və dünyanın lider ölkələri Liviyada münaqişə tərəflərini hakimiyyəti paylaşmaq planını və dörd ilə yaxındır davam edən siyasi böhrana son qoymağa çağırıb.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, Berlində BMT diplomatlarının və yüksək səviyyəli rəsmilərin görüşü zamanı sülh təklifinin planı hazırlanıb. Liviya rəsmiləri rəqib qüvvələrin ciddi addımlar atmasının vacbliyini bildirib.

Liviya üsyançıları əvvəllər BMT xüsusi elçisinin sülh razılaşması barədə təklifini bir neçə dəfə rədd etmişdi.

Liviyanın siyasi qeyri-sabitliyi miqrant böhrana yol açıb.

2011-ci ildə sabiq lider Müəmmar Qəzzafi hakimiyyətdən devrilərək öldürülməsindən sonra ölkədə xaos yaşanır.