Blinken Misir Prezidenti ilə Qəzzakı girovların azad edilməsini müzakirə edib

Digər ölkələr
  • 11 yanvar, 2024
  • 16:40
Blinken Misir Prezidenti ilə Qəzzakı girovların azad edilməsini müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə HƏMAS-ın əlində olan girovların azad edilməsi və Fələstin-İsrail münaqişəsinin həlli üsulları barədə müzakirə aparıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında bildirib.

“Blinken və Prezident əs-Sisi qalan bütün girovların azad edilməsi üçün davam edən səyləri müzakirə ediblər”, - M.Miller deyib.

Blinken, həmçinin Yəməndəki husi üsyançılarının Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının və münaqişənin bütün regiona yayılmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

44 - Tezliklə