Birləşmiş Ərəb Əmirliklərinin yeni Prezidenti seçilib
Digər ölkələr
- 14 may, 2022
- 09:42
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yeni Prezidenti seçilib.
“Report” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, seçki BƏƏ Federal Ali Şurasının iclasında keçirilib. Şuranın qərarına əsasən, Əbu-Dabi Əmirliyinin vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ölkənin yeni Prezidenti seçilib.
O, 1961-ci ildə anadan olub.
Qeyd edək ki, BƏƏ Prezidenti Xəlifə bin Zayed Al Nəhyan mayın 13-də vəfat edib. O, uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib.
Son xəbərlər
03:28
Yəməndə husilərin obyektlərinə qabaqlayıcı zərbələrin endirilməsi təsdiqlənib
Digər ölkələr03:06
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
Digər ölkələr02:36
Brent markalı neftin qiyməti bir barel üçün 87 dollardan aşağı düşüb
Digər ölkələr02:14
Qəribabadi: İran hələ də müharibə vəziyyətindədir
Region01:37
Qalibaf: ABŞ iqtisadi müharibədə də İrana məğlub olur
Region01:03
Umarali Raxmonaliyev: "Hapoel"ə qarşı əla mübarizə apardıq"
Futbol00:44
AFFA prezidenti "Sabah"ı təbrik edib
Futbol00:36
Neyt Herrinq: İran Trampın kiçik oğlu Berronu öldürməklə təhdid edir
Digər ölkələr00:27