Berlin aeroportunun işi drona görə müvəqqəti dayanıb
Digər ölkələr
- 01 noyabr, 2025
- 03:46
Almaniyada Berlin-Brandenburq Beynəlxalq Hava Limanının (BER) işi oktyabrın 31-də axşam naməlum dronun görünməsi səbəbindən müvəqqəti dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə DPA agentliyi yazıb.
Məlumata görə, bir çox uçuşlar digər hava limanlarına yönləndirilib. Bundan əlavə, uçuş və eniş zamanı da gecikmələr müşahidə olunub. Xüsusən Bazel, Oslo və Barselonaya uçuşlar təxirə salınıb. London, Birmingem, Mançester, Stokholm, Helsinki və Antalyadan uçuşlar digər hava limanlarına yönləndirilib.
Brandenburq polis sözçüsü ilkin məlumata əsaslanaraq bildirib ki, şahidlərdən biri hava limanının yaxınlığında dron olduğunu bildirib. Patrul maşının heyəti də dronu görüb. Lakin dronun yerini müəyyən etmək mümkün olmayıb.
Son xəbərlər
20:27
Britaniya Aİ-nin Ukraynanı maliyyələşdirmə üzrə 90 milyard avroluq proqramına qoşulub
Digər ölkələr20:16
Foto
Kərim Vəliyev belaruslu həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib
Hərbi20:13
Kallas: Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdıra bilməyib, lakin kompromisə yaxındır
Digər ölkələr19:59
ABŞ Kubada fəaliyyət göstərən 10 təşkilata qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr19:56
Kəlbəcərdə azyaşlının çaya düşməsi hadisəsinin detalları məlum olub
Hadisə19:55
Foto
Video
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Media19:38
Foto
AIDA ilə IBSA arasında Anlaşma Memorandumu imzalanıb
Xarici siyasət19:35
Ərdoğan: Bölgədə sülhün qorunması üçün Trampla çalışmağa davam edəcəyik
Region19:25