Belçikada koronavirusa yoluxanların sayı 37 mini ötdü
- 18 aprel, 2020
- 11:25
Belçikada daha 1 045 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Federal İctimai Səhiyyə Xidməti açıqlayıb.
Məlumata görə, ölkədə qeydə alınmış yoluxma hallarının sayı 37 183 nəfərə çatıb.
Virus qurbanlarının sayı isə daha 290 nəfər artaraq 5 453-ə yüksəlib.
Bildirilib ki, indiyədək 8 348 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 263 000-i ötüb. Bunların 581 182 nəfəri sağalıb, 154 828 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.