Səfir: Bakıda Ruanda Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur

Xarici siyasət
  • 05 sentyabr, 2026
  • 14:01
Səfir: Bakıda Ruanda Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur

Bakıda 2027-ci ildə Ruanda Mədəniyyəti Günlərinin təşkili nəzərdə tutulub.

Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində rezidensiyası Ankarada olan Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa deyib.

Diplomat iki ölkə arasında qarşılıqlı səfərlər planına toxunaraq bildirib ki, dəqiq tarixlər barədə danışa bilməz:

"Bizim əməkdaşlıq haqqında sazişimiz var və bu saziş müvafiq dövlət rəhbərlərinin qarşılıqlı səfərlərini nəzərdə tutur. Bu o deməkdir ki, nümayəndələrimiz istənilən vaxt səfər edə bilərlər".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.