Belçikada büdcə ixtisarına qarşı etiraz aksiyaları keçiriləcək

Digər ölkələr
  • 08 oktyabr, 2026
  • 16:29
Belçikada büdcə ixtisarına qarşı etiraz aksiyaları keçiriləcək

Belçikada həmkarlar ittifaqları federal hökumət tərəfindən gözlənilən büdcə ixtisarına etiraz əlaməti olaraq 9 və 12 oktyabr tarixlərində iki ayrı aksiya keçirəcək.

"Report" xəbər verir ki, bu barədə Belçika mediası məlumat yayıb.

Bildirilib ki, FGTB-ABVV həmkarlar ittifaqı Mərkəzi vağzaldan başlayacaq və Brüssel-Midi vağzalına istiqamətlənəcək yürüş təşkil edəcək. Bununla əlaqədar hava və dəmir yolu nəqliyyatının işində, habelə bir sıra ictimai xidmətlərin göstərilməsində fasilələrin olacağı gözlənilir.

Brüssel hava limanında 140-a yaxın reys ləğv ediləcək. Belçikanın Şarlerua şəhərində yerləşən ikinci ən böyük hava limanı planlaşdırılmış bütün reysləri yerinə yetirməyi planlaşdırır.

Cümə günü Brüsseldə keçiriləcək nümayişin minlərlə iştirakçı toplayacağı gözlənilir. Polis və həmkarlar ittifaqlarının hesablamalarına görə, müvafiq olaraq, may ayında oxşar etiraz aksiyası 40 mindən 75 minə qədər insan toplamışdı.

44 - Tezliklə