Belçika dronlarla mübarizə üzrə 500 milyon avroluq layihəni müzakirə edəcək

Digər ölkələr
  • 04 noyabr, 2025
  • 14:59
Belçika dronlarla mübarizə üzrə 500 milyon avroluq layihəni müzakirə edəcək

Belçika Müdafiə Nazirliyi dronlarla mübarizə üzrə 500 milyon avro məbləğində layihəni hökumətə təqdim edib.

"Report" xəbər verir ki, bu barədə Belçika KİV məlumat yayıb.

Dəyəri 50 milyon avro olan birinci mərhələ aşkarlama, izləmə, məhvetmə vasitələrinin, həmçinin dron operatorlarının monitorinqi və aşkarlanması sistemlərinin təcili alışını nəzərdə tutur. İkinci mərhələyə ölkənin bütün ərazisində pilotsuz uçuş aparatlarının aşkarlanması sistemlərinin və bu dronların operatorlarını tapmaq üçün trianqulyasiya sistemlərinin yerləşdirilməsi daxildir.

Bu gün Belçika Baş Qərargahının rəisi Frederik Vansina bildirib ki, dronlardan müdafiə proqramı sürətləndirilmiş templə həyata keçirilir. Lakin hazırda Belçikanın naməlum dronlarla mübarizə üçün resursları məhduddur.

O həmçinin qeyd edib ki, ölkənin Silahlı Qüvvələrinə hərbi aviabazaların üzərində aşkar ediləcək bütün naməlum dronları vurmaq əmri verilib.

Son xəbərlər

Bütün Xəbər Lenti