Bayden və G7-nin digər liderləri Rusiyaya qarşı sanksiyalar barədə razılığa gəliblər
- 24 fevral, 2022
- 18:11
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Cozef Bayden və “Böyük Yeddilər” qrupunun (G7) digər dövlət başçıları cümə axşamı keçirilən onlayn görüşdə Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı gələcək addımlar barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə ABŞ lideri tviter hesabında məlumat verib.
"Mən bu səhər Prezident (Rusiya Prezidenti-red) Putinin Ukraynaya əsassız hücumunu müzakirə etmək üçün G-7-dəki həmkarlarımla görüşdüm, biz Rusiyanı cavabdehlik daşımaq üçün dağıdıcı sanksiya paketləri və digər iqtisadi tədbirləri davam etdirmək barədə razılığa gəldik. Biz cəsur Ukrayna xalqını dəstəkləyirik", - paylaşımda deyilir.
This morning, I met with my G7 counterparts to discuss President Putin’s unjustified attack on Ukraine and we agreed to move forward on devastating packages of sanctions and other economic measures to hold Russia to account. We stand with the brave people of Ukraine. pic.twitter.com/dzvYxj7J9w
— President Biden (@POTUS) February 24, 2022