Bayden Vaşinqton və Seulun birgə nüvə təlimlərini müzakirə etmədiklərini bildirib
- 03 yanvar, 2023
- 01:21
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Cozef Bayden ölkəsinin Cənubi Koreya ilə birgə nüvə təlimləri ilə bağlı müzakirələr aparmadığını deyib.
“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti bildirib.
“Xeyr”, - deyə Bayden bir jurnalistin ABŞ və Seulun hazırda birgə nüvə təlimlərini müzakirə edib-etməməsi ilə bağlı sualına cavab verib.
Qeyd edək ki, daha öncə Cənubi Koreya Prezidenti Yun Sok Yol Vaşinqton və Seulun “genişlənmiş çəkindirmə”ni gücləndirmək məqsədilə nüvə silahından istifadə etməklə birgə təlimlərin keçirilməsini müzakirə etdiklərini bildirmişdi.
“İndi effektiv uzadılmış çəkindirmə üçün biz ABŞ ilə nüvə potensialına malik birgə planlaşdırma və birgə təlimlər konsepsiyası haqqında danışıqlar aparırıq və ABŞ buna müsbət yanaşır”, - dövlət başçısı “Çoson ilbo” nəşrinə müsahibəsində deyib.
O əlavə edib ki, “nüvə silahları ABŞ-a məxsusdur, lakin planlaşdırma, məlumat mübadiləsi, təlimlər və məşq Cənubi Koreya və ABŞ tərəfindən birgə həyata keçirilməlidir”.