Bayden: “Ukrayna ordusu əks-hücum əməliyyatları keçirməyə hazırlaşır”

Digər ölkələr
  • 25 yanvar, 2023
  • 17:18
Bayden: “Ukrayna ordusu əks-hücum əməliyyatları keçirməyə hazırlaşır”
Cozef Bayden

“Ukrayna ordusu əks-hücum əməliyyatları keçirməyə hazırlaşır”.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.

“Yaz yaxınlaşdıqca Ukrayna qüvvələri tutduqları ərazinin təhlükəsizliyini təmin etməyə çalışır və əlavə əks-hücumlara hazırlaşır. Ərazilərini azad etmək üçün onlar qısa müddət ərzində Rusiya taktikasına və döyüş meydanı strategiyasına qarşı çıxa bilməlidirlər”-deyə, Bayden əlavə edib.

Eyni zamanda Bayden Vaşinqtonun Ukraynaya “31 M1 Abrams” tanklarının verilməsi barədə qərar qəbul edildiyini təsdiqləyib:

“Bu gün mən ABŞ-ın Ukraynaya 31 ədəd “Abrams” tankı göndərəcəyini elan edirəm. Bu, bir Ukrayna tank batalyonuna bərabərdir. Tankların Kiyevə çatdırılması vaxt aparacaq, lakin ABŞ tezliklə Ukrayna Silahlı Qüvvələrinin ekipajlarını hazırlamağa başlayacaq”.

44 - Tezliklə