Cozef Bayden Si Cinpinlə görüşün məqsədini açıqlayıb
Digər ölkələr
- 14 noyabr, 2023
- 20:54
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Bayden Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinlə görüşdən sonra həmin ölkə ilə əlaqə qurmağı gözləyir.
“Report” xəbər verir ki, Baydenin bəyanatını “Reuters” yayıb.
Bayden qeyd edib ki, Si Cinpinlə noyabrın 15-də baş tutacaq danışıqların məqsədi iki dövlət arasında normal əlaqəni, o cümlədən hərbi-hərbi əlaqələri bərpa etməkdir.
ABŞ Prezidenti əlavə edib ki, gərginlik dövründən sonra Çinlə münasibətləri yaxşılığa doğru dəyişməyə çalışır.
Qeyd edək ki, noyabrın 15-də Cozef Bayden San-Fransiskoda Çin lideri ilə görüşəcək. Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutacaq.
Son xəbərlər
18:16
Mirziyoyev: Tələbə qızların sayının artması Özbəkistanda Üçüncü İntibahın əlamətidir
Region18:08
Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək
Region18:08
Mirziyoyev: Özbəkistan ÜDM-in 160 milyard dollara qədər artırılması hədəfini vaxtından əvvəl yerinə yetirəcək
Digər ölkələr18:05
Kirill Budanov: Ukraynadakı siyasi vəziyyət hələ böhrana çevrilməyib
Qarabağ18:03
Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır
Xarici siyasət18:01
Bakı və İmişlidə yaşıllıqlara 49 min manatdan çox ziyan vurulub
Ekologiya17:57
Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
Fərdi17:52
Foto
Emin Əmrullayev Xankəndi şəhərində vətəndaş qəbulu keçirib
Elm və təhsil17:50
Foto