Bayden məxfi sənədlərlə bağlı ifadə verib

Digər ölkələr
  • 10 oktyabr, 2023
  • 03:11
Bayden məxfi sənədlərlə bağlı ifadə verib

ABŞ prezidenti Cozef Bayden vitse-prezident olduğu vaxta (2008-2016 - Qeyd) aid analitik mərkəzində və evində məxfi sənədlərin saxlanması ilə bağlı aparılan istintaq çərçivəsində könüllü ifadə verib.

“Report”un məlumatına görə, bu barədə “Reuters” Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.

Bayden xüsusi prokuror Robert Heyrun rəhbərlik etdiyi istintaq çərçivəsində ifadə verib. Sorğu iki gün ərzində könüllü olaraq aparılıb və bazar ertəsi başa çatıb.