Bayden hökumətin maliyyələşdirilməsinin dekabrın 23-dək uzadılmasını təsdiqləyib

Digər ölkələr
  • 16 dekabr, 2022
  • 21:39
Bayden hökumətin maliyyələşdirilməsinin dekabrın 23-dək uzadılmasını təsdiqləyib
Cozef Bayden

ABŞ prezidenti Cozef Bayden hökumətin maliyyələşdirilməsinin dekabrın 23-dək uzadılması ilə bağlı Konqresin təsdiqlədiyi təşəbbüsü imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bununla da dekabrın 16-dan 23-dək hökumətə müvəqqəti maliyyə vəsaiti ayrılıb.

Beş gün ərzində qanunvericilər büdcə layihəsini tam işləyib hazırlanmalıdırlar.

Sənəd yerli vaxtla cümə günü gecə yarısına qədər təsdiqlənməsəydi, bir neçə federal qurum işi dayandırmağa məcbur olacaqdı.