Bayden: ABŞ Navalnının ölümü ilə əlaqədar Rusiyaya yeni sanksiyaların tətbiqini nəzərdən keçirir

Digər ölkələr
  • 19 fevral, 2024
  • 18:37
Bayden: ABŞ Navalnının ölümü ilə əlaqədar Rusiyaya yeni sanksiyaların tətbiqini nəzərdən keçirir

ABŞ Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiyaya yeni sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin sözlərindən Ağ Evin press-pulunun jurnalistləri sitat gətirib.

“Biz artıq sanksiyalar tətbiq etmişik, lakin, bəli, biz əlavə sanksiya imkanlarını nəzərdən keçiririk”, – Bayden bununla bağlı suala cavab verib.

O həmçinin Navalnının ölümünün Konqresin Nümayəndələr Palatasında Ukraynaya dəstək üçün əlavə maliyyə ayrılmasına dair qanun layihəsinin təsdiqlənməsi perspektivlərinə təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb:

“Ümid edirəm, amma əmin deyiləm”.

44 filmi