Baş nazirin müavini: Ukrayna Aİ-yə üzvlük məsələsində irəliləyişə ümid edir

Digər ölkələr
  • 20 oktyabr, 2025
  • 03:14
Baş nazirin müavini: Ukrayna Aİ-yə üzvlük məsələsində irəliləyişə ümid edir

Ukrayna müəyyən şərtlər daxilində dekabr ayında Avropa İttifaqına üzvlük məsələsində irəliləyiş əldə etməyə ümidlidir.

"Report"un məlumatına görə, bu barədə "Politico" nəşrinə Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini Taras Kaçka bildirib.

Onun sözlərinə görə, Aİ ölkələrinin liderləri dekabr ayında keçiriləcək görüşlər zamanı Kiyevin üzvlük öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı altı klaster üzrə razılığa gələ bilərlər.

"Əgər siyasi təkan verilərsə, bütün klasterlərin işinin bərpasına hazırlıq başa çata və ilin sonuna qədər onların hamısı bağlana bilər", – deyə Kaçka qeyd edib.

Baş nazirin müavini ümid edir ki, Avropa İttifaqı Macarıstanın Ukraynanın üzvlüyünə qarşı sərt mövqeyini dəf edə biləcək.

"İnanıram ki, üzv dövlətlər dekabr ayında bir həll yolu tapacaqlar", – deyə Kaçka əlavə edib.

Qeyd edək ki, daha əvvəl Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Aİ-yə üzvlüyünün mümkün olmadığını bildirib. O qeyd edib ki, Kiyevə Aİ ilə strateji tərəfdaşlıq təklif etmək daha ədalətli razılaşma olardı.

Son xəbərlər

Bütün Xəbər Lenti