Baş katib: "NATO Əfqanıstanda "Qətiyyətli dəstək" missiyasını davam etdirəcək"

Digər ölkələr
  • 09 iyul, 2016
  • 10:19
Baş katib: NATO Əfqanıstanda Qətiyyətli dəstək missiyasını davam etdirəcək

Bakı. 9 iyul. REPORT.AZ/ NATO ölkələri və müttəfiq dövlətlərin liderləri 2016-cı ildən sonra Əfqanıstanda "Qətiyyətli dəstək" missiyasını davam etdirmək qərarına gəliblər.  

"Report"un verdiyi xəbərə görə, bunu NATO-nun Vaşinqton sammiti çərçivəsində Əfqanıstana həsr olunmuş iclasın yekunlarına dair mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq deyib. 

Onun sözlərinə görə, "Qətiyyətli dəstək" missiyasının iştirakçı ölkələri həmçinin onun maliyyələşdirilməsini 2020-ci ilədək davam etdirmək niyyətindədir. 

"Əfqanıstan əvvəlki kimi qeyri-sabitlik və zorakılıqla qarşılaşır. Lakin Əfqanıstan yalnız deyil və biz öz missiyamızı damav etdirməyə hazırıq", - deyə NATO-nun baş katibi bildirib. 

O, yerli hüquq-mühafizə qüvvələrini Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi sahəsində əldə olunmuş uğurları davam etdirməyə, öz gücünü insan haqlarının və korrupsiya ilə mübarizənin gücləndirilməsinə, ölkədə seçki islahatlarının keçirilməsinə yönəltməyə çağırıb.