Bağdadda terrorçu özünü partladıb, 7 nəfər ölüb, 20 nəfər yaralanıb

Digər ölkələr
  • 03 oktyabr, 2016
  • 12:52
Bağdadda terrorçu özünü partladıb, 7 nəfər ölüb, 20 nəfər yaralanıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ İraqda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 7 nəfər ölüb, 20-yə yaxın sakin yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə paytaxt Bağdad şəhərinin cənubunda Əl-Amil rayonunda baş verib.

Terrorçu özünü insanların sıx olduğu yerdə, bazarın yaxınlığındakı tibb mərkəzinin yanında partladıb. 

44 - Tezliklə