AEBA rəhbəri Putinlə Zaporojye AES-in təhlükəsizliyini müzakirə edəcək

Digər ölkələr
  • 04 mart, 2024
  • 13:00
AEBA rəhbəri Putinlə Zaporojye AES-in təhlükəsizliyini müzakirə edəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi martın 5-də Moskvaya gedəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o keçirdiyi mətbuat konfransında deyib.

R.Qrossi Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

O, Rusiya lideri ilə Zaporojye Atom Elektrik Stansiyasının gələcək fəaliyyəti və onun təhlükəsizliyinin təmin edilməsi yolları barədə danışacaq.

44 filmi