Azərbaycan vətəndaşı Havay adalarında cərimələndi

Digər ölkələr
  • 18 may, 2020
  • 08:32
Azərbaycan vətəndaşı Havay adalarında cərimələndi

Azərbaycan vətəndaşı Havay adalarında turistlər üçün karantin qaydalarını pozmaqda ittiham olunaraq həbs edilib.

Bu barədə “Report” ABŞ-nin ABC7 telekanalına istinadən xəbər verir.

Məlumata görə, Turqut Əliyev adlı şəxs özünütəcrid rejimində olmaq əvəzinə, sosial şəbəkələrdə çimərlikdə istirahət etdiyi görüntülənən şəkillər paylaşıb. Bu paylaşımı görən havaylılar səlahiyyətliləri məlumatlandırıb və nəticədə həmvətənimiz həbs edilib.

Səlahiyyətlilər T.Əliyevi yaşadığı Los-Ancelesə geri uçuşa hazırlaşarkən – reysdən bir saat əvvəl hava limanında saxlayıblar.

O, daha sonra sərbəst buraxılıb və karantin rejimini pozduğuna görə 2 min ABŞ dolları cərimələnib.