Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Pekində Asiya-Afrika Gənc Sahibkarlar Forumu keçiriləcək
- 11 oktyabr, 2019
- 18:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı və Ümumçin Gənclər Federasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 15-19-da Çinin Pekin şəhərində Asiya-Afrika Gənc Sahibkarlar Forumu keçiriləcək.
"Report"un məlumatına görə, layihə 600 nəfərə yaxın gəncin iştirak etdiyi Asiya-Afrika Gənclər Festivalı çərçivəsində həyata keçiriləcək. Forumda 30 ölkədən 70 gənc iştirak edəcək.
Layihənin məqsədi gənc sahibkarlara və startapçılara sahibkarlığın inkişafına dəstək olmaq, gənc sahibkarların davamlı ünsiyyət və innovativ ideyaları həyata keçirmək bacarıqlarını inkişaf etdirmək, təcrübə mübadiləsi üçün vahid platforma yaratmaqdır. Tədbirdə, həmçinin gənclərə öz bizneslərini inkişaf etdirmələri üçün bir sıra imkanlar təklif olunacaq.