"Azadlıq Donanması" Qəzza zolağına doğru istiqamətlənib
- 13 aprel, 2026
- 07:39
"Azadlıq Donanması" Qəzza zolağına doğru istiqamətlənib.
"Report" xəbər verir ki, bu barədə SNNTV məlumat yayıb.
"Qəzzanın mühasirəsini yarmaq üçün ən böyük dəniz donanması olan "Azadlıq Donanması 2" Avropa limanlarından Qəzza sahillərinə doğru hərəkət edir", - məlumatda bildirilib.
Əlavə olunub ki, Fələstini dəstəkləyən beynəlxalq qruplar "Azadlıq Donanması 2"nin tezliklə bir neçə Avropa limanından (o cümlədən Fransanın Marsel və İspaniyanın Barselona şəhərlərindən) Qəzza sahillərinə doğru hərəkət edəcəyini elan ediblər.
Qeyd edək ki, "Azadlıq Donanması" (Freedom Flotilla) Qəzza zolağına tətbiq edilən dəniz blokadasını yarmaq və bölgəyə humanitar yardım çatdırmaq məqsədilə müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilən gəmi karvanıdır.
Məqsəd Qəzzadakı fələstinlilərə qida, dərman və tikinti materialları kimi humanitar yardımlar çatdırmaq, həmçinin blokadaya beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir.