Avropada koronavirus daşıyıcılarının sayı artdı

Digər ölkələr
  • 12 mart, 2020
  • 11:24
Avropada koronavirus daşıyıcılarının sayı artdı

Finlandiya, Danimarka, Estoniya və Latviyada koronavirusa yoluxanların sayı artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Finlandiyada 22, Latviyada 6, Estoniyada 1, Danimarkada isə 101 koronavirusa yoluxma faktı qeydə alınıb.

Beləliklə, koronavirus daşıyıcılarının sayı Finlandiyada 87, Danimarkada 615, Latviyada 16, Estoniyada isə 17 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 127 771-ə çatıb. Bunların 68 335 nəfəri sağalıb, 4 716 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.