Avropa və ABŞ İranla nüvə sazişi üzrə güzəşt əldə etməkdən uzaqdır

Digər ölkələr
  • 23 may, 2018
  • 23:00
Avropa və ABŞ İranla nüvə sazişi üzrə güzəşt əldə etməkdən uzaqdır

Bakı. 24 may. REPORT.AZ/ Avropa və ABŞ İranla nüvə sazişi üzrə kompromis əldə etməkdən hələ də uzaqdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Vaşinqtonda Almaniyanın xarici işlər naziri Hayko Maas ABŞ-ın xarici siyasət idarəsinin başçısı Maykl Pompeo ilə görüşdən sonra bildirib.

"Düşünürəm ki, biz kompromisdən uzağıq", - deyə "Reuters" Maasdan sitat gətirib. Nazirin sözlərinə görə, Almaniya, ABŞ, Böyük Britaniya və Fransanın iştirakı ilə İranın nüvə sazişi üzrə görüşünün təşkil olunmasını Pompeoya o təklif edib.