Avropa Kosmik Agentliyi hərbi peyk şəbəkəsinin yaradılması üçün 1 milyard avro tələb edəcək

Digər ölkələr
  • 29 oktyabr, 2025
  • 20:12
Avropa Kosmik Agentliyi hərbi peyk şəbəkəsinin yaradılması üçün 1 milyard avro tələb edəcək

Avropa Kosmik Agentliyi (AKA) noyabr ayında üzv dövlətlərdən hərbi kəşfiyyat peykləri şəbəkəsinin işlənib hazırlanması üçün təxminən 1 milyard avro tələb edəcək.

"Report" xəbər verir ki, bu barədə AKA-nın baş direktoru Jozef Aşbaxer "Euractiv"ə müsahibəsində bildirib.

Layihə hərbi strukturlara və hökumətlərə təhdidlərin qarşısının alınmasında və təbii fəlakətlərin idarə olunmasında dəstək verməyə yönəlmiş Aİ proqramının bir hissəsi olacaq. Sistem 30 dəqiqədən az fasilələrlə Yer kürəsinin ultrayüksək keyfiyyətli görüntülərini ötürəcək.

"Bu, strateji cəhətdən vacibdir, çünki layihə təhlükəsizlik və müdafiə strukturları üçün nəzərdə tutulub", - Aşbaxer qeyd edib.

Yeni peyk sistemi AKA-nın növbəti üç il ərzində 22 milyard avroluq ümumi büdcə tələbinin bir hissəsi olacaq. Təfərrüatlar noyabr ayında Bremendə keçiriləcək maliyyələşdirmə sammitində müzakirə olunacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti