Rusiyanın 6 hava limanında uçuşlar dayandırılıb
- 30 oktyabr, 2025
- 07:34
Rusiyada paytaxt Moskva şəhərinin Vnukovo və Domodedovo hava limanlarında, həmçinin Volqoqrad, Kaluqa, Saratov və Yaroslavl hava limanlarında təyyarələrin hərəkətinə məhdudiyyətlər qoyulub.
"Report"un məlumatına görə, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako özünün yelegram kanalında məlumat verib.
Onun sözlərinə görə, məhdudiyyətlər Vnukovoda saat 3:05-də (Bakı vaxtı ilə 4:05), Domodedovoda isə saat 3:22-də elan edilib.
Oxşar tədbirlər saat 2:58-də Rusiya Federasiyasının regional hava limanlarında da tətbiq edilib. Məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğu bildirilib.
Bundan əvvəl Moskva meri Sergey Sobyanin Rusiya paytaxtına doğru uçan ümumilikdə dörd pilotsuz təyyarənin məhv edildiyini açıqlamışdı.