Avropa Komissiyasının Ukraynaya maliyyə dəstəyi variantları Aİ ölkələri ilə müzakirə olunacaq
- 18 noyabr, 2025
- 19:02
2026-2027-ci illərdə Ukraynaya maliyyə dəstəyi variantları Avropa İttifaqı (Aİ) ölkələri ilə müzakirə ediləcək.
"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat katibi Paula Pinyu brifinqdə bildirib.
Bu variantlar Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Avropa İttifaqı ölkələrinin liderlərinə noyabrın 17-də ünvanladığı məktubda öz əksini tapıb.
"Müzakirələr Aİ Şurasının iclasından əvvəl (18-19 dekabrda - red.) davam etdiriləcək və bu, onun gündəliyinə daxil ediləcək", - o qeyd edib.
P.Pinyu xatırladıb ki, Ukraynanın maliyyələşdirilməsi ilə bağlı üç variantı özündə ehtiva edən bu məktub Aİ Şurasının oktyabr ayında Kiyevə yardım variantlarının təklif edilməsi tapşırığına cavabdır.
Onun sözlərinə görə, dekabrda hərtərəfli işlənib hazırlanmış təklif təqdim etmək üçün hər bir üzv dövlətlə intensiv müzakirələr davam etdiriləcək.