Avropa Komissiyasının sədri HƏMAS və İsraili konstruktiv danışıqlara çağırıb

Digər ölkələr
  • 07 oktyabr, 2025
  • 11:06
Avropa Komissiyasının sədri HƏMAS və İsraili konstruktiv danışıqlara çağırıb

Avropa Komissiyası (AK) Yaxın Şərq münaqişəsinin tərəflərini danışıqlarda konstruktiv həll yolu tapmağa, girovları azad etməyə və döyüş əməliyyatlarını dayandırmağa çağırır.

"Report" xəbər verir ki, bu barədə AK-nın sədri Ursula fon der Lyayen "X" sosial şəbəkəsində yazıb.

"Biz HƏMAS-ın 7 oktyabr hücumlarını və iki il əvvəl günahsız qurbanlara, onların ailələrinə və bütün İsrail xalqına verdiyi əzabı heç vaxt unutmayacağıq. Bütün girovların dərhal azad edilməsi və atəşkəs indi tamamilə mümkündür. Bu fürsəti əldən vermək olmaz. Biz bütün tərəfləri ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü plan kontekstində Şarm əl-Şeyx danışıqlarında konstruktiv iştiraka çağırırıq", - o qeyd edib.

Ursula fon der Lyayenin sözlərinə görə, regionda iki dövlət prinsipinə əsaslanan davamlı sülhə yol açmaq üçün bu fürsətdən istifadə etmək lazımdır.

Son xəbərlər

Bütün Xəbər Lenti