Avropa Komissiyası “Yaşıl strategiya”sını təqdim edib

Digər ölkələr
  • 11 dekabr, 2019
  • 16:27
Avropa Komissiyası “Yaşıl strategiya”sını təqdim edib

Avropa Komissiyasının yeni rəhbəri Ursula fon der Lyayen əsas hədəfi olan iqlim və enerjiyə dair “Yaşıl strategiya”sını təqdim edib.

“Report” TASS-a istinadən xəbər verir ki, 2030-ci ilədək dövr üçün nəzərdə tutulan yeni strategiyanın 260 milyard avro dəyərində olduğu bildirilir.

Bu da 2018-ci ilin ÜDM-nin 1,5 faizi qədərdir.

Komissiyanın açıqlamasında həmçinin yaxın 100 gün ərzində ilk dəfə “Avropa İqlim Qanunu”nu təqdim edəcəkləri qeyd edilir. Bununla yanaşı, 2030-cu ilədək biomüxtəlifliyin mühafizəsi və yeni sənaye strategiyalarını, həmçinin dövriyyə iqtisadiyyatına dair tədbirlər planını təqdim etmək, həmin dövrdə tullantılarla bağlı hədəf göstəricilərinin artırılması üçün işlərə başlamaq qarşıya məqsəd kimi qoyulub.

2020-ci ilin əvvəlində Avropa Komissiyasının təqdim etmək üçün nəzərdə tutduğu sərmayə planına əsasən, iqlimlə bağlı fəaliyyətlərə Aİ-nin uzunmüddətli büdcəsinin azı 25 faizini ayırmaq, həmçinin Avropa Sərmayə Bankı və Avropa İqlim Bankı tərəfindən də əlavə yardım göstərilməsi nəzərdə tutulur.

44 - Tezliklə