Avropa Komissiyası Ukraynaya əlavə maliyyə vəsaiti ayıracaq

Digər ölkələr
  • 06 sentyabr, 2022
  • 04:31
Avropa Komissiyası Ukraynaya əlavə maliyyə vəsaiti ayıracaq

Avropa Komissiyası bu həftə Ukraynaya əlavə 5 milyard avro makromaliyyə yardımı göstərmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviter səhifəsində Ukraynanın Baş naziri Denis Şmıxalla görüşü şərh edərkən yazıb.

"Ukraynadakı vəziyyət hələ də bizim güclü dəstəyimizi tələb edir. Artıq verilmiş 10 milyard avroya əlavə olaraq, bu həftə əlavə 5 milyard avro makromaliyyə yardımı təklif edəcəyik. Aİ nə qədər tələb olunsa, Ukraynanın yanında olacaq", - Avropa Komissiyasının rəhbəri qeyd edib.

44 - Tezliklə