Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

Digər ölkələr
  • 20 aprel, 2024
  • 07:48
Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

Qazaxıstanın paytaxtı Astanada aprelin 26-da Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“ŞƏT-ə üzv dövlətlərin müdafiə nazirliklərinin rəhbərlərinin, təşkilatın baş katibi, Regional Antiterror Strukturu İcraiyyə Komitəsinin direktoru və Belarus Respublikasının müdafiə nazirinin gəlişi gözlənilir”, - məlumatda deyilir.

Tədbir Qazaxıstanın ŞƏT-dəki sədrliyi çərçivəsində təşkil olunub.

44 - Tezliklə