Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub
- 28 iyun, 2026
- 23:56
Fransada 10 gündən çox davam edən anormal istilər ölkənin kənd təsərrüfatına ciddi ziyan vurub və məhsuldarlığın əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.
"Report"un məlumatına görə, bu barədə Fransanın kənd təsərrüfatı naziri Anni Jenevard "Les Echos" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, məhsul itkiləri, ilk növbədə buğda və qarğıdalı üçün qaçılmazdır və onların dəqiq miqyası yığım kampaniyası başa çatdıqdan sonra məlum olacaq.
Nazir həmçinin yüksək temperaturun heyvandarlığa mənfi təsir göstərdiyini bildirib. Ölkə daxilində heyvan ölümünün artması və süd məhsuldarlığının azalması qeydə alınıb.
Jenevar vurğulayıb ki, fermerlər bu cür isti dalğalara daha yaxşı hazırlıqlı olmalıdırlar və sənayenin su ilə təmin edilməsi məsələsi kənd təsərrüfatı fövqəladə halları ilə bağlı qanun layihəsinin bir hissəsi kimi həll ediləcək.