Angela Merkel və Fransua Olland Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasını istəyir

Digər ölkələr
  • 13 dekabr, 2016
  • 11:13
Angela Merkel və Fransua Olland Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasını istəyir

Bakı. 13 dekabr. REPORT.AZ/ Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı iqtisadi sanksiyaların müddəti uzadılacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Berlində jurnalistlərə açıqlamasında bildirib.

"Minsk prosesi çətin gedir, ona görə də Rusiyaya qarşı daha bir dəfə sanksiyaların müddətini uzatmaq lazımdır", - A.Merkel vurğulayıb.

Eyni zamanda, Fransa Prezidenti Fransua Olland da Rusiyaya qarşı sanksiyaların uzadılmasının tərəfdarı olduğunu söyləyib.

44 filmi