Andrey Yermak: Cenevrədə ABŞ ilə danışıqlarda əhəmiyyətli irəliləyişlər var

Digər ölkələr
  • 23 noyabr, 2025
  • 22:08
Andrey Yermak: Cenevrədə ABŞ ilə danışıqlarda əhəmiyyətli irəliləyişlər var

Cenevrə danışıqlarında Kiyevin işçi qrupuna rəhbərlik edən Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak ABŞ tərəfi ilə danışıqlarda əhəmiyyətli irəliləyişlərin olduğunu bildirib.

"Report"un xəbərinə görə, o, bu barədə teleqram kanalında məlumat verib.

Yermakın sözlərinə görə, Amerika nümayəndə heyəti ilə danışıqların ilk sessiyası başa çatıb. "Hörmətli Amerika nümayəndə heyəti ilə ilk görüşümüz çox məhsuldar oldu. Çox yaxşı irəliləyiş əldə etdik, ədalətli və davamlı sülhə doğru irəliləyirik", - o qeyd edib.

Yermak sülhə sadiq olduqları üçün ABŞ-yə, xüsusən Prezident Donald Trampa və onun komandasına təşəkkür edib. O əlavə edib ki, bu gün axşam ikinci görüş keçiriləcək və Ukrayna tərəfi Avropa tərəfdaşlarının iştirakı ilə birgə təkliflər üzərində işləməyə davam edəcək. Son qərarlar iki ölkənin Prezidentləri tərəfindən veriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti