Andrey Babiş: Çex şirkətləri Serbiyaya yeni investisiyalar yatırmağa hazırdır
- 23 iyul, 2026
- 19:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Çexiya Serbiyaya təklif etdiyi təyyarələrin – "Sky Fox" və "L-410" modellərinin maliyyələşdirilməsi ilə bağlı təklifləri təqdim edib.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş bu gün Belqraddakı Serbiya Sarayında keçirilən "Serbiya - Çexiya: biznes dialoqu və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar" adlı dəyirmi masada danışıb.
O vurğulayıb ki, Çex şirkətləri Serbiyaya yeni investisiyalar yatırmağa hazırdır:
"Yeni əməkdaşlıq üçün çoxsaylı imkanlar mövcuddur. Serbiyanın Çexiyada çox yaxşı nüfuzu var. Son 10 il ərzində Çexiya ilə Serbiya arasında qarşılıqlı mal dövriyyəsi üç dəfədən çox artaraq 2,3 milyard avroya çatıb. Çexiya yalnız Serbiyanın etibarlı ticarət tərəfdaşı deyil, həm də mühüm investorudur".
Onun sözlərinə görə, Çex şirkətləri uzun müddətdir Serbiyada dövlət satınalmaları layihələrində öz yerlərini tapmağa çalışırlar:
"İki ölkənin nazirlikləri isə hökumətlərarası sazişlər vasitəsilə infrastruktur layihələrinin həyata keçirilməsi üçün ən yaxşı modelin tapılması istiqamətində birgə fəaliyyət göstərirlər".