Almaniyaya gələn 36 min əfqanın 13 %-i təhlükəsizlik yoxlamasından keçib

Digər ölkələr
  • 26 aprel, 2025
  • 04:56
Almaniyaya gələn 36 min əfqanın 13 %-i təhlükəsizlik yoxlamasından keçib

“Taliban” hakimiyyətə gəldikdən sonra Almaniyaya qəbul edilən Əfqanıstanın 36 186 vətəndaşından 4 800 nəfərə yaxını tam təhlükəsizlik yoxlamasından keçib.

"Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti yazır.

Məlumata görə, şəxsiyyət məlumatlarının və sənədlərin yoxlanılması ilə yanaşı, Almaniyanın İslamabaddakı səfirliyində müvafiq qurumların nümayəndələri ilə tam təhlükəsizlik müsahibəsi də keçirilib. Qalanları Almaniyaya müsahibəsiz gəliblər.

Almaniyanın Daxili İşlər Nazirliyi məlumatı “Bild”ə təsdiqləyib.

44 filmi